Mənbə
2
Türk xalqlarının yerdəyişmələrinin əsas səbəbləri
Türk xalqlan tarixən müəyyən ərazi daxilində oturaq həyat tərzi keçirməyə deyil, daim
hərəkətdə olmağa, yeni dövlətlər qurmağa, ərazilərini genişləndirməyə meyilli olmuşlar.
Bunu siyasi-iqtisadi, sosial-ekoloji səbəblərlə əlaqələndirmək olar:
- əhalinin təbii artımının yüksək olması;
- əsas məşğuliyyəti heyvandarlıq olan türk tayfalarının heyvan sürülərinin otanlmaq
üçün yem ehtiyatlan ilə bol olan əlverişli ərazilərə köç etməsi;
- qədim türklərdə qanuni hakimiyyət oğullardan birinə (adətən, böyük oğula) keçdiyi
üçün hakimiyyətdə olmayan varislərdən birinin ətrafdakı boş ərazilərə köç etməsi
və yeni dövlətlər qurması;
- türk xalqlarının yaşadığı ərazilərdə iqlim dəyişikliklərinin (xüsusilə quraqlıqların)
tez-tez baş verməsi;
- daha güclü dövlətlərin əsarət və təzyiqi altında yaşamaq istəməyən türk tayfalarının
məskunlaşdıqları ərazilərdən köçüb getməyə üstünlük verməsi;
- məcburi miqrasiya (Krım tatarları, Ahıska türkləri, azərbaycanlılar) və sürgünlərə
məruz qalması;
- yüksək həyat səviyyəsi axtarmaq məqsədilə müasir dövrdə Avropaya və Şimali
Amerikaya miqrasiyaların daha da intensivləşməsi.
Mətnə əsasən aşağıdakı cədvəli tamamlayın.
Türk xalqlarının yerdəyişmələrinin səbəbləri |
Sosial |
Siyasi |
İqtisadi |
Ekoloji |
|
|
|
|
Tapşırıq
6
Türk dövlət və qurumlarının iqtisadi inkişafı
Beynəlxalq Valyuta Fondunun verdiyi statistika əsasında ÜDM, 2021-ciil
Müstəqil dövlətlər |
Əhalinin sayı
(mln. nəfər, 2021-ci il)
|
ÜDM(BVF)
(2021-ci il, mlrd. ABŞ dolları)
|
Türkiyə |
84,0 |
819,0 |
Özbəkistan |
35,6 |
69,2 |
Qazaxıstan |
19,7 |
197,1 |
Azərbaycan |
10,4 |
54,6 |
Qırğızıstan |
7,0 |
8,5 |
Türkmənistan |
5,0 |
45,2 |
Tapşırıq
7
Türk dünyası birliyinin əsas cəhətləri
Mənbə
1
Ümumi türk dilinin yaradılması ideyası İsmayıl bəy Qaspıralıya
məxsusdur. O, 1883-cü ildə “Tərcüman” qəzetində yazdığı məqaləsində
vahid türk dilinin yaradılmasına olan tələbin zəruriliyini türk
xalqlarının əsarətdən xilas yolu olması ilə əsaslandırmışdır.
İdeya XX əsrin əvvəlində M.K.Atatürk tərəfindən inkişaf etdirilmişdir.
Türkiyədə türk dilinin ərəb və fars sözlərindən təmizlənməsi məqsədilə islahatlar
keçirilmişdir. Ümumi türk dilinin vacibliyinin nəzəri əsasları Yusuf Akçura tərəfindən
işlənib-hazırlanmışdır. Əli bəy Hüseynzadə ilə Ziya Göyalp ortaq türk dilinin türk birliyinin
yaranmasındakı roluna dair tədqiqatlar aparmışlar.
Qədim türklər Göy Tanrı (Tenqri) dininə inam gətirmişlər ki, bu dinin bəzi əlamətləri
müasir dövrə qədər qalmaqdadır. Müasir türk xalqlarının əksəriyyəti isə islam dininə etiqad edir.