• Bu maraqlıdır •
1949-cu ildə ispan rəssam Pablo Pikassonun çəkdiyi rəsm sonradan müharibəyə
qarşı simvol kimi istifadə olundu.
Göyərçinin sülh quşu kimi tanınmasının əsas səbəbi Nuh peyğəmbərlə bağlıdır.
Əfsanəyə görə, daşqının bitməsi haqqında xəbəri Nuh peyğəmbərə ağ
göyərçin bildirmişdir.
Göyərçin və sülhə dair əfsanələr Malay arxipelaqı adaları sakinlərinin,
Avstraliya və Cənubi Afrika aborigenlərinin, Yeni Qvineya və Melaneziya yerlilərinin, Polineziya,
Mikroneziya, Mərkəzi Amerika, Şərqi Asiya, Şimali Afrika xalqlarının mifoloji-dini ənənəsində də
mövcuddur. Hazırda ağ göyərçin sülh rəmzi hesab olunur.
Müharibələrin başvermə səbəbləri müxtəlifdir: ərazi iddiası, hakimiyyət uğrunda
mübarizə, ticarət yollarına nəzarət, təbii ehtiyatlara sahib olmaq və s. Hazırda nəhəng
ölkələrin siyasi maraqları, dinlərarası mübarizələrin kəskinləşməsi baş verən müharibələrin
əsas səbəblərindəndir.
Müharibələr insanların həyat və təsərrüfat fəaliyyətinə, ölkə və ya regionların
inkişafına mənfi təsir göstərir. Siyasi münasibətlər gərginləşir, təsərrüfat sahələri
dağılır, demoqrafik problemlər yaranır, ətraf mühit korlanır.
Müharibələrin nəticələrinə aid ifadələri cədvələ uyğun qruplaşdırın, öz fikirlərinizi əlavə edin:
- Yollar, körpülər, binalar dağılır.
- Ölkələrarası siyasi, iqtisadi və mədəni münasibətlər pozulur.
- Əhalinin miqrasiyası xaotik hal alır və sürətlənir.
- Təsərrüfat müəssisələri, sənaye obyektləri dağılır.
- Ölkə və ya regionun təhsil sistemi pozulur.
- Əhali arasında stres, depressiya halları artır.
- Ölüm hadisələrinin çoxalması insanlarda qorxu hissini artırır.
- Əlil və şikəstlərin sayı artır, onlara dövlət tərəfindən verilən müavinətin miqdarı çoxalır.
- Silah idxalı və ya silah istehsalına büdcədən əlavə vəsait ayrılır.
- Doğulanların sayı azalır.
- Əhalinin yaş-cins tərkibi kəskin şəkildə dəyişir, xüsusilə kişilərin sayı azalır.
- Ağır texnikanın hərəkəti torpaq örtüyünü zədələyir.
- Otlaq və örüş sahələrinin yandırılması heyvandarlıqda yem problemi yaradır.
- Meşələrin qırılması və ya yandırılması meşə ekosisteminin pozulmasına səbəb olur.
- Su anbarlarının partladılması nəticəsində ətraf ərazilər su altında qalır.
- Ölkəyə turist axını kəskin azalır.
Siyasi |
İqtisadi |
Demoqrafik |
Psixoloji |
Ekoloji |
|
|
|
|
|
Müzakirə edin və nəticə çıxarın:
- "Müharibələr nəticəsində yaranan problemləri aradan qaldırmağın ən mühüm yolu - müharibə
etməməkdir" fikrini əsaslandırın.
Müharibə və “qaynar nöqtələr”in coğrafiyası Yer kürəsinin hər tərəfini əhatə edir.
Dünyada baş verən hərbi-siyasi münaqişələr birdən-birə yaranmır. Münaqişələr,
adətən, bir neçə mərhələdən keçir: