№ | Ölkələr | Münaqişələr |
1 | Hindistan və Pakistan | Kəşmir mübahisəsi 1949-cu ildən, iki dövlət arasındakı torpaq iddiaları səbəbindən davam edir. Uzunsürən gərginlik bəzən iki ölkə sərhədində hərbi qarşıdurmalara səbəb olur. |
2 | İsrail və Fələstin | İsrailin müdafiə ordusu HAMAS (Fələstin "İslam müqavimət hərəkatı") və FƏTH ilə ("Fələstinin milli azadlığı uğrunda hərəkat") ərazi uğrunda mübarizə aparır. Problemi həll etmək üçün müxtəlif təşkilatlar fəallıq göstərsə də, hələ də sülh əldə edilməmişdir. Tərəflər hərbi yolla münaqişənin həllinin mümkün olmadığını qəbul edir. |
3 | Suriya | Hökumət qüvvələri ilə müxalifət arasında qanlı müharibə getdikcə daha da qızışır. Mübarizəyə minlərlə üsyançı qruplaşmaların və xarici qüvvələrin qoşulması vəziyyəti xeyli gərginləşdirmişdir. |
4 | Liviya | Liviya neftinə nəzarət etmək üçün xarici qüvvələr münaqişəni qızışdırır, nəticədə Liviya
ərazisində gərgin vəziyyət bu gün də davam edir. Ölkənin lideri Müəmmar Qəddafinin edam olunmasına baxmayaraq müxtəlif qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə davam edir. |
5 | Ermənistan və Azərbaycan |
Ermənistanın Azərbaycana 1988-ci ildən başlayan növbəti təcavüzü 2020-ci ildə genişmiqyaslı müharibəyə səbəb olmuş və Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Azərbaycan tərəfindən sülh danışıqlarına cəhd göstərilsə də, xarici qüvvələrə arxalanan Ermənistan buna mane olur. |
Dünyada hər zaman müxtəlif miqyasda müharibələr baş verib. Hesablamalara görə, 1945-ci ildən bəri dünyada cəmi 26 müharibəsiz gün olub.