Beynəlxalq şirkətlər AİZ-ə əlverişli güzəştlər və yüksək mənfəət imkanı kimi baxır. Şirkətlər istehsalı genişləndirməklə regionun davamlı iqtisadi inkişafına nail olur; məsələn, Asiyada yerləşən AİZ-də transmilli şirkətlərin mənfəəti 40%-dən çoxdur.
Regionlar | Əsas ölkələr | AİZ-lərin sayı |
14 aprel 2009-cu ildə Xüsusı iqtisadı zonalar haqqında Azərbaycan Respublikasının qanunu” qəbul olunmuşdur. Qanuna əsasən, AİZ-in yaradılması üçün zəruri olan infrastruktur (yol, elektrik enerjisi, qaz, su təminatı), işçi qüvvəsi və digər amillər nəzərə alınmalıdır. Bundan başqa, AİZ-ə tələb olunan - güzəştli gömrük, azad ticarət, vergilərdən azad, investisiyaların genişlənməsi məqsədilə şəraitin yaradılması şərtlərin yerinə yetirilməsi üçün əsasnamə hazırlanmışdır.
Azərbaycanda dünya standartlarına uyğun Ələt AİZ-in yaradılması istiqamətində işlər görülür. Ələtin dəniz sahilində, düzənlik ərazidə, paytaxta yaxın və ölkənin digər bölgələrini birləşdirən dəmir yolu, avtomobil magistrallarının üzərində yerləşməsi məntəqənin AİZ üçün əlverişli mövqeyini göstərir. Gələcəkdə Ələt AİZ-in liman, nəqliyyat qovşağı və azad ticarət zonası kimi fəaliyyət göstərəcəyi planlaşdırılır.