Amillər | Həyata keçirilməsi üçün nəzərdə tutulan tədbirlər |
İnvestisiya mühitinin yaxşılaşdırılması | |
Kiçik sahibkarlığın inkişafına dəstək | |
Aqrar sektorda aparılan islahatlar | |
Əhalinin işlə təminatı | |
Prioritet (aparıcı) sahələrin inkişaf etdirilməsi |
Müasir dünyada ölkələrarası bazar iqtisadi münasibətləri, əsasən, formalaşmış, dövlətlər arasında beynəlxalq ticarət əlaqələri genişlənmişdir. Ölkələrin iqtisadiyyatına kapital qoyuluşu xeyli artmışdır. Bunların nəticəsi kimi azad iqtisadi zonalar (AİZ) yaradılmışdır. İlk AİZ 1934-cü ildə gömrük rüsumlarının azaldılması və xarici ticarətin genişləndirilməsi məqsədilə ABŞ-da yaradılmışdır.
AİZ ölkə ərazisinin xüsusi rejim
üzrə fəaliyyət göstərən bir hissəsidir.
AİZ-in yaradılmasında əsas məqsəd
ərazinin əlverişli coğrafi mövqeyindən
və nəqliyyat imkanlarından səmərəli
istifadə etməkdir. Buraya investisiyalar
cəlb olunur, yeni iş yerləri
açılır, bu isə ölkənin geridə qalmış
bölgələrinin inkişafına təkan verilir.
AİZ-lər İEÖ-lərin yerləşdiyi regionlarda
iqtisadi qeyri-bərabərliyin aradan
qalxmasına şərait yaradır.
Onlar təkcə xarici bazara deyil, həm
də daxili bazara xidmət edir.