Beynəlxalq maliyyə mərkəzlərində aparılan digər əməliyyat növlərindən biri də
qızılın və qiymətli kağızların alğı-satqısıdır.
Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar
zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər
dövlətlərinin qızıl fondu mövcuddur. Dünya bazarında qızıl - 1 unsiya (31,1 q) ilə
hesablanır.
Qiymətli kağız səhm, istiqraz və s. formada ola bilər. Bu kağızlar pul kapitalını cəlb etmək məqsədilə buraxılır və qanunvericiliklə müəyyənləşdirilən hüquqi sənəddir. Qiymətli kağızların səciyyəvi cəhəti pul vahidini özündə ifadə etməsidir. Bu kağızlar dövlət və qeyri-dövlət əhəmiyyətli ola bilər. Dövlət əhəmiyyətli qiymətli kağızlardan biri istiqrazlar hesab olunur. Qiymətli kağıza sahib olan şəxs onun dəyərindən faiz almaq hüququna malikdir. Səhmlər isə sahibinə əmlakdan pay almaq hüququ verir, səhm sahibləri mülkiyyəti birləşdirə və ya bölə bilərlər. Qeyri-dövlət qiymətli kağızlar müxtəlif şirkətlər, yaxud fiziki şəxslər tərəfindən buraxılır.