10.05.2022 | Mərkəzi Bank | Alış | Satış |
$ USD | 1,700 | 1,7000 | 1,7015 |
€ EUR | ▼ 1, 8352 | 1,8340 | 1,9550 |
£ GBR | ▼ 2,0965 | 2,0336 | 2,1489 |
Valyuta münasibətləri ölkələrarası beynəlxalq iqtisadi əlaqələrin güclənməsində mühüm rol oynayır. Azərbaycanda 1994-cü ildən Bakı Banklararası Valyuta Birjası fəaliyyət göstərir. Hazırda ölkəmizdə milli və xarici valyutaya olan ehtiyaclar Milli Bank tərəfindən tənzimlənir.
BMM-in fəaliyyət istiqamətlərindən biri də kreditlərin verilməsidir. Dünya kredit bazarı müxtəlif kreditlərin verilməsi üçün ölkələrarası qarşılıqlı bir sistemdir. Kredit - geri qaytarılmaq şərti ilə müəyyən müddətə faizlə verilən pul vəsaitidir. Bu vəsait nağd şəkildə verilə və ya kreditalanın hesab nömrəsinə keçirilə bilər. Kredit sövdələşmələrində kreditor və kreditalan iştirak edir.
Kreditdən fərqli olaraq lizinq uzun müddətə verilir və adətən, müştərilərdən əlavə girov tələb etmir. Lizinq, əsasən, sənaye avadanlığı, maşın, yeni texnologiya, istehsal təyinatlı bina və tikililər şəklində olur.