1. Beynəlxalq iqtisadi inteqrasiyanın ölkənin iqtisadiyyatına təsirlərini seçin:
1) ölkələrarası münaqişələrin qarşısını almaq üçün imkan yaranır;
2) digər ölkələrlə iqtisadi münasibətlərin yaradılmasında zəif iştirak edir;
3) ölkələrdə elmi-texniki tərəqqinin inkişafı sürətlənir;
4) ölkənin regional və sahəvi təşkilatlarda təmsil olunması imkanı yaranır;
5) ölkəyə hərbi müdaxilə təhlükəsi artır;
6) təbii ehtiyatlardan səmərəli istifadə imkanları genişlənir;
7) ölkələrarası ticarət əlaqələri sadələşir.
2. Beynəlxalq iqtisadi inteqrasiyanın mərhələlərini ardıcıl düzün:
Azad ticarət zonası
Ümumi bazar
Güzəştli ticarət zonası
İqtisadi ittifaq
Gömrük ittifaqı
Tam iqtisadi inteqrasiya
İqtisadi və valyuta birliyi
3. Xəritə-sxemdəki ölkələri cədvələ uyğun qruplaşdırın.