Beynəlxalq inteqrasiyalar siyasi, sosial və mədəni istiqamətlərdə də ola bilər. Bu tip inteqrasiyalar
sahəvi təşkilatların yaranmasına səbəb olur. Hər bir sahəvi təşkilat müəyyən məqsədə
xidmət edir. Onlar
insanları sülhə, əmin-amanlığa və həmrəyliyə səsləyir, dünyada təhlükəsizliyin təmin olunmasına çalışır.
Bunlara Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Ümumdünya Turizm Təşkilatı (ÜTT), Təhsil, Elm və
Mədəniyyət məsələləri üzrə İslam Təşkilatı (ICESCO), BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə
Təşkilatı (UNESCO) aiddir.
TƏŞKİLAT |
FƏALİYYƏT İSTİQAMƏTİ |
|
IAEA - Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 1957-ci ildən BMT- nin ixtisaslaşdırılmış
agentliyidir. Nüvə texnologiyasının dinc məqsədlərlə istifadə edilməsi sahəsində elmi-texniki
əməkdaşlığı həyata keçirir. 168 ölkə IAEA-nın üzvüdür.
|
|
UNWTO - 1925-ci ildə təsis edilən "Turizmin təbliği üzrə rəsmi təşkilat" 1975-ci ildən Ümumdünya
Turizm Təşkilatı kimi fəaliyyət göstərir. BMT yanında ixtisaslaşdırılmış bir qeyri-hökumət
təşkilatıdır. Üzv olan ölkələr arasında turizm sahəsi üzrə koordinasiya yaradır və vahid
statistik məlumat bazasını formalaşdırır.
|
|
ICESCO - Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə İslam Təşkilatı 1979-cu ildə təşkil
olunmuşdur. ICESKO-nun yaradılmasında əsas məqsəd islam ölkələrinin həmrəyliyini təmin etməkdir.
Təşkilata 54 ölkə daxildir. Ölkələrin İslam Əməkdaşlıq Təşkilatının üzvü olması vacib şərtdir.
|
|
UNESCO - BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı 1945-ci ildən fəaliyyət
göstərir. YUNESKO insanların irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil,
elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və
təhlükəsizliyin möhkəmlənməsinə kömək edir. 193 ölkə bu təşkilatın üzvüdür.
|
Refleksiya
Fikirləri tamamlayın və onların
düzgünlüyünü mətnə əsasən yoxlayın.
- Güzəştli ticarət zonası ilə azad ticarət zonası arasında fərq böyük olmur. Çünki...
- Transmilli korporasiyalar beynəlxalq aləmdə güclü iqtisadi və siyasi təsir qüvvəsinə malikdir. Ona görə ki,...
- İqtisadi ittifaq beynəlxalq iqtisadi inteqrasiyanın nisbətən mürəkkəb mərhələsidir. Ona görə ki...