(nümunə)
Nəticə (nümunə):
- Aparılan tədqiqatlar nəticəsində məişət tullantılarının tərkibində qida tullantıları üstünlük təşkil
edir. Onların yarısı ev heyvanlarına yem kimi verilə, qalan hissəsi isə çürüntüyə çevrilə bilər.
- İkinci yerdə kağız tullantılarıdır; tez utilizasiya olunur, yəni yandırılır və 1 ay ərzində
torpaqda
çürüyür.
- Ücüncü yeri sintetik tullantılar tutur. Onlar ən təhlükəli tullantılardır. Çünki çətin utilizasiya olunur.
Sintetik tullantılar yandırıldıqda havaya çoxlu miqdarda zəhərli qazlar atılır, torpaqda gec çürüyür
və ya heç çürümür.
Təkliflər (nümunə):
- Ərzaq tullantılarından heyvanlara yem və ya həyətyanı təsərrüfatlar üçün gübrə kimi istifadə etmək
olar.
- Məişət tullantılarını təkrar istifadə etmək (məsələn: dibçək, qələmlər üçün stəkan və s. hazırlamaq).
- Şüşə qabları ikinci dəfə istifadə etmək mümkündür.
- Polietilen paketlərdən az istifadə etmək üçün dükanlara zənbil və ya torbalar aparmaq olar.
- "Məişət tullantılarından təkrar necə istifadə etmək olar?"
barəsində düşünün və öz fikirlərinizi tətbiq etməklə müxtəlif
təşkilatlar tərəfindən keçirilən "Məişət tullantılarının ikinci
həyatı" sərgisində iştirak edin.