Emal zamanı əldə olunan qaynar su 231,5 mln. kVt/saat elektrik enerjisi istehsal etməyə imkan verir.
• İNFORMASİYA FONDU •
Hazırda inkişaf etmiş ölkələrin əksəriyyətində tullantıların çeşidlənməsində yeni texnologiyalar
tətbiq olunur.
a) kağız tullantıları (makulatura) kağız kütləsinə çevrilir və ondan kağız məhsulu alınır;
b) şüşə kiçik hissələrə xırdalanır, üyüdülür və çınqıl ilə birgə beton və ya asfalta qatışdırılır;
c) plastmas əridilir və sintetik xammala çevrilir;
d) metal qırıntılar əridilir və müxtəlif detallar istehsal etmək üçün prokata çevrilir (tullantı
metalın yenidən istifadəsi enerjiyə 90% qənaət etməyə imkan verir);
e) qida tullantılarından və çürüntülərdən üzvi gübrələr alınır;
f) sənaye və tibbi tullantıların bəziləri təhlükəli (batareyalar, ayaqqabı kremi, boya qabları, köhnə
dərmanlar və dərman qabları və s.) ola bilər - onların çeşidlənməsi xüsusi texnologiyalar
əsasında aparılır.
Refleksiya
Fikirləri tamamlayın və onların
düzgünlüyünü mətnə əsasən yoxlayın.
- Tullantıların utilizasiya edilməsi bəşəriyyətin mühüm problemlərindən biridir. Ona görə
ki...
- Tullantıların təkrar emalı (onlardan ikinci dəfə istifadə edilməsi) onların
zərərsizləşdirilməsinin ən əlverişli üsulu hesab olunur. Çünki...
- Ölkələrin tullantıların basdırılması üsulundan imtina etməsi vacibdir. Çünki...
Öyrəndiklərinizi
TƏTBİQ EDİN
Tullantıların utilizasiyasında dünya ölkələrindəki hansı nailiyyətlərin Azərbaycanda da
tətbiqinin
məqsədəuyğunluğu barədə qruplarda müzakirə aparın və nəticələrinizi təqdim edin.
Öyrəndiklərinizi
YOXLAYIN
1. Cədvəli tamamlayın.
Tullantıların utilizasiyasının üsulları |
Nəticələr |
mənfi |
müsbət |
1. |
|
2. Tullantıların utilizasiya edilməsi istiqamətlərinə görə uyğunluğu müəyyən edin.
№ |
Ölkələr |
% |
Utilizasiya istiqaməti |
1 |
İsveçrə |
1)100 |
a)yandırma |
II |
Almaniya |
2)49 |
b)basdırma |
III |
Bolqarıstan |
3)48 |
c)emaletmə |
Dərsdən sonra
LAYİHƏ: "AİLƏNİN MƏİŞƏT TULLANTILARI"
Məqsəd: 3 gün ərzində ailədə toplanan məişət tullantılarının miqdarının və tərkibinin
təyin edilməsi.
Vəzifələr:
1)
mövzu ilə əlaqədar məlumatlarla tanış olun;
2)
3 gün ərzində yığılan bərk tullantıları çeşidləyin;
3)
əldə olunan nəticələri cədvəldə qeyd edin;
4)
1 həftə və 1 ay ərzində toplanan zibillərin orta kütləsini hesablayın;
5)
məişət tullantılarının azaldılmasına və təkrar istifadəsinə dair təkliflər verin.