• Bu maraqlıdır • Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
(ARDNŞ, ingiliscə: SOCAR) - neftin çıxarılması, daşınması,
emalı və istehlakını həyata keçirir. Bununla yanaşı, şirkət investisiya
qoymaq üçün qiymətli kağız, yəni istiqraz vərəqələri
buraxır. SOCAR istiqrazları, əlbəttə, sahibinə əvvəlcədən müəyyən
olunmuş müddətdə faiz gəlirini əldə etməyə imkan verir.
Refleksiya
Fikirləri tamamlayın və onların
düzgünlüyünü mətnə əsasən yoxlayın.
İstehlak səbəti insanların həyat səviyyəsini əks etdirir. Çünki...
İnkişaf etmiş ölkələrdə əhalinin alıcılıq qabiliyyəti daha yüksəkdir. Ona görə ki ...
Öyrəndiklərinizi
TƏTBİQ EDİN
Statistik məlumatlar əsasında Belçika ilə Banqladeşdə əhalinin alıcılıq qabiliyyətini müqayisə edin.
Belçika: əhalinin sayı 10,8 mln. nəfər,
ÜDM isə 467 mlrd. ABŞ dolları
Banqladeş: əhalinin sayı 142 mln. nəfər,
ÜDM isə 258,6 mlrd. ABŞ dolları
Öyrəndiklərinizi
YOXLAYIN
1. Düzgün ifadəni müəyyən edin.
İstehlak səbəti insanların həyat fəaliyyəti üçün 1 il ərzində tələb olunan minimal mal və xidmətlərin cəmidir.
İstehlak səbəti 1 ay ərzində insan üçün minimal norma daxilində hesablanmış ərzaq məhsullarının cəmidir.
2. Uyğunluğu müəyyən edin:
1
İnflyasiya
2
Səhm
3
İstiqraz
a)
b)
c)
Mülkiyyət sənədidir.
Fond ehtiyaclarını ödəyə bilmək üçün borc sənədidir.
Pulun alıcılıq qabiliyyətinin aşağı düşməsidir.
Dərsdən sonra LAYİHƏ: "Ailənin istehlak səbəti"
İstehlak səbətinə daxil olmayan, lakin ailənizdə 1 il ərzində istifadə edilən ərzaq, qeyri-ərzaq məhsullarının
və digər ehtiyacların (mənzil və kommunal, istirahət, təhsil və s.) siyahısını tərtib edin və
onların təqribi qiymətlərini hesablayın.
№
Ərzaq və qeyri-ərzaq məhsulları,
digər ehtiyaclar
16-60 yaşında insanlar
üçün, kq/il
Qiymət
(AZN)
1
2
Tərtib etdiyiniz siyahı və illik xərcləriniz üçün aldığınız nəticəni evdə valideynlərinizlə müzakirə edin.
Ailə büdcəsinə qənaət etmək barədə təkliflər hazırlayın.