Ərzaq təminatı bilavasitə kənd təsərrüfatı və qida sənayesinin yaratdığı kompleks
sahənin, yəni aqrar sənaye kompleksinin (ASK) inkişafından asılıdır. Ümumiyyətlə,
əhalinin ərzaq məhsulları ilə təmin olunmasının 84% bitkiçilik, 16% isə heyvandarlıq
məhsulları hesabına ödənilir.
Əhalinin ərzaqla təmin olunmasına görə dünya ölkələri 4 qrupa ayrılır:
- aclıq problemi olmayan;
- yarımac və ya gizli aclıq keçirən (yəni kifayət qədər qida aldığı halda orqanizmdə
mineral və vitaminlər çatışmır);
- aclıq çəkənlər (yəni 1800 kilokaloridən az qida qəbul edən ölkələr);
- kritik aclıq vəziyyəti və ya ac ölkələr (əhalinin gündəlik qidalanması 1000 kilokaloridən
daha aşağı olur).
BMT-nin hesablamalarına görə, hazırda
dünyada hər doqquz nəfərdən biri müəyyən
dərəcədə ac qalır. Gün ərzində dünyada 18
mln. uşaq aclıqdan əziyyət çəkir, 850 mln.
insan isə doyunca qidalanmır. Qida çatışmazlığı
müxtəlif sosial və iqtisadi problemlərin
yaranması ilə nəticələnir.
Əhalinin ərzaqla təmin olunmasında qida
rasionunun əhəmiyyəti böyükdür. Qida rasionu
təbii şəraitdən və əhalinin milli adətənənələrindən
asılıdır. Tibb elmi yerli qidaların
keyfiyyətli və istifadəsinin faydalı olduğunu
əsaslandırır. Yaşadığı mühitin təbii
nemətlərindən istifadə insan orqanizmi üçün
daha məqsədəuyğundur.
ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada
əhalinin qida rasionunda buğda, kartof
məhsullarına üstünlük verilir. Qərbi
Avropa ölkələrinin qida rasionunda buğda
və kartof məhsullarına tələbat nisbətən azdır.
• Bu maraqlıdır • Qıda piramidası düzgün
qidalanmanın optimal modelidir. O, pəhriz
deyil, sağlam qidalanma üçün tövsiyələrdir.
Müxtəlif ölkələrdə qida piramidasının tərkibindəki
ərzaqların çeşidləri fərqlidir. Əksər
ölkələrdə əhalinin əsas qida mənbəyi dənli
bitkilərdir. Lakin gündəlik menyuda meyvə
və meyvə şirələrinin (xüsusən yeniyetmələr
üçün) olması vacibdir. Onlar orqanizmdə A
və C vitaminlərinin mənbəyidir.
Qida piramidası
Burada ət, süd, yumurta, meyvə və tərəvəz məhsullarına tələbat daha çoxdur. Cənubi
Avropa ölkələrində meyvə, tərəvəz, bitki yağı və un məhsullarından daha çox
istifadə olunur. Cənubi, Cənub-Şərqi, Şərqi Asiya və Latın Amerikası ölkələrində
yaşayan əhalinin qida rasionunda düyünün payı yüksəkdir.
• İNFORMASİYA FONDU •
İnsanların gündəlik qida rasionunda sağlam qidaların rolu böyükdür. Mütəxəssislərin
fikrinə görə, ən sağlam qida rasionu - Çad, Syerra-Leone, Mali,
Qana, Kot-d'İvuar, Seneqal və israildə qeydə alınıb. Bu ölkələrin sakinləri, əsasən, yerli qidalara - meyvə-tərəvəz,
qoz, fındıq və digər faydalı ərzağa üstünlük verirlər. Ən zərərli qidalar sayılan fast-fud və
yarımfabrikatları ABŞ, Kanada, Çin, Qazaxıstan, Belarus, Argentina və s. ölkələrin sakinləri daha çox
qəbul edirlər.
Ərzaq probleminin həll edilməsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
- ƏKTT (FAO) məqsədyönlü tədbirlər görür və ərzaq təhlükəsizliyinə nəzarət edir.