n ü m u n ə 2
Quba-Xaçmaz iqtisadi rayonunun sənaye xəritəsinin vizual təhlili:
- Xəritənin miqyası 1:2 200 000-dir. Quba-Xaçmaz iqtisadi rayonu Azərbaycan Respublikasının
şimal-şərq hissəsində 41-42° şm.e. ilə 48-49° ş.u. arasında yerləşir.
- Kartodiaqram üsulu ilə tərtib edilmişdir.
- İqtisadi rayonun hasilat sənayesi neft və gil istehsalı ilə təmsil olunur. Emaledici sənaye
sahələrinə isə elektrotexnika (Quba, Xaçmaz), yüngül (Quba, Qusar, Şabran), yeyinti
(Quba, Şabran, Siyəzən), meyvə-tərəvəz konserv (Quba, Qusar, Xaçmaz), balıq və balıq
konserv (Siyəzən) müəssisələri aiddir. İqtisadi rayonun ərazisindən neft və qaz boru kəmərləri
(Bakı-Novorossiysk), həmçinin dəmir yolu və avtomobil magistralı (Bakı-Rostov
(RF)) keçir.
- İqtisadi rayon, əsasən, aqrar-sənaye rayonudur. Rayonun ən yaxşı inkişaf etmiş emal
sənaye müəssisələri Quba və Xaçmaz inzibati rayonlarında yerləşir. İstehsal müəssisələri,
əsasən, inzibati rayon mərkəzlərində cəmlənmişdir.
Müzakirə edin və nəticə çıxarın:
- Quba-Xaçmaz iqtisadi rayonu haqqında daha geniş məlumat əldə etmək üçün daha hansı
xəritə və mənbələrdən istifadə etmək olar?