Su hövzələrini çirkləndirən mənbələr. |
Qısa məlumat |
Neft və neft məhsulları
|
Hər il Dünya okeanına 10 mln. tondan artıq neft məhsulları
axıdılır. Aerofotoşəkillər okean səthinin 30%-nin
neft qatı ilə örtülü olduğuna dair informasiya verir.
Okeanın çirklənmə mənbələri müxtəlifdir: neft məhsulları
boşaldıldıqdan sonra boş tankerlərə doldurulan
suyun axıdılması, tankerlərə neftin yüklənilməsi, sahilboyunda
yerləşən neft emalı müəssisələrindən axıdılan
sular, neftin daşınması zamanı baş verən gəmi qəzaları
və materik dayazlığında olan neft mədənləridir.
|
Sənaye və məişətdə çirkab suları
|
Sənaye və məişət çirkab suları su ehtiyatlarının əsas
çirklənmə mənbəyidir. Sellüloz-kağız sənayesi, kimya,
koks-kimya, meşə kimyası, metallurgiya, maşınqayırma,
elektrokimya, neft və qaz sənayesi müəssisələrinin
sürətlə inkişaf etməsi çirkli suların həcminin
artmasına səbəb olur.
|
Kənd təsərrüfatı ilə əlaqəli çirklənmə
|
Hidrosferi çirkləndirən ən başlıca mənbələrdən biri
əkinçilikdə istifadə olunan zərərli maddələrdir (pestisidlər,
ammonyak, nitrat, fosfor, kalium və s.).
Xüsusilə suvarılan torpaqlarda bu maddələr yeraltı
suları çirkləndirir.
|