Ölkələr üzrə il ərzində adambaşına düşən içməli suyun miqdarı, m3-lə.
İçməli su qıtlığının mövcud olduğu ölkələr (m3) |
İçməli su ilə orta dərəcədə təmin olunmuş ölkələr (m3) |
İçməli su ilə yaxşı təmin olunmuş ölkələr (m3) |
Yer kürəsi su ehtiyatları ilə zəngin olsa da, içməli su (yaxud şirin su) çatışmazlığı qlobal miqyas almaqdadır. İçməli suların çox hissəsi, əsasən, əhalinin məskunlaşmadığı Antarktida, Qrenlandiya və Arktika adalarında - örtük buzlaqlarında, habelə yüksək dağ zirvələrində buz halındadır. Bu sulardan geniş miqyasda istifadə etmək hələlik mümkün deyil.