Bioqazdan alternativ enerji kimi istifadə edilməsinə yanaşma müxtəlif ölkələrdə
fərqlidir. Bioqazdan ən çox istifadə edən ölkə Danimarkadır. Danimarkanın ümumi
enerji balansının 34% bioqaz təşkil edir. Bioqaz istehsal edən irihəcmli qurğuların
sayına görə Almaniya fərqlənir. Hazırda İsveçrədə bioqazla işləyən avtobuslar da
fəaliyyət göstərir.
Bioqazdan istifadə İEOÖ-də - Çin, Hindistan, Vyetnam, Nepal və s. sürətlə artır.
Bu ölkələrdə fərdi evlər üçün bioqaz emal edən kiçikhəcmli qurğular da istehsal
olunur.
Refleksiya
Fikirləri tamamlayın və onların
düzgünlüyünü mətnə əsasən yoxlayın.
- Azərbaycanda bioenergetikanın geniş inkişafına şərait var. Ona görə ki...
- Gələcəkdə ölkələrin ümumi enerji balansında bioenerjinin payı artacaq. Çünki...
- Bioenerji ehtiyatlarından istifadə ekoloji cəhətdən daha səmərəlidir. Buna
səbəb ...
Öyrəndiklərinizi
TƏTBİQ EDİN
Şəkillərə əsasən (a, b, c) esse yazın. Bu şəkilləri nə birləşdirir?
Öyrəndiklərinizi
YOXLAYIN
1. Sxemi tamamlayın.
2. Xəritə-sxemə əsasən cədvəli tamamlayın.
№ |
Ölkələr |
Maye yanacaq
əldə etmək
üçün istifadə
olunan xammal
|
1 |
|
|
... |
|
|