Elektrik enerjisi istehsalında mühüm sahələrdən biri də bioenergetikadır. Bioenergetika - bioyanacaqdan istifadəyə əsaslanır. Bioyanacaq alternativ enerji mənbəyi olub bərpaolunan ehtiyatdır. Bioyanacağı bütün üzvi maddələrdən: soya, raps, peyin və s., hətta məişət tullantılarından da almaq mümkündür. Bioyanacaq bərk, maye və qaz halında ola bilər.
Bioyanacağın bərk növləri
• Oduncaq - ən qədim yanacaq növüdür. Hazırda oduncaq və ya
biokütlə istehsal etmək üçün enerji meşələri, yəni tezböyüyən
(evkalipt, söyüd və s.) meşə sahələri genişləndirilir.
• Biokütlə-fotosintez nəticəsində enerji mənbəyinə çevrilir. Biokütlədən elektrik enerjisi və duru yanacaq istehsal etmək mümkündür. |
|
• Bəzi ölkələrdə elektrik enerjisi almaq üçün mal peyinindən istifadə
olunur. Bunun üçün, ilk növbədə, yaş peyin qəliblərə salınır, qurudulur,
istilik-elektrik stansiyalarında yandırılır. Müasir dövrdə qurudulmuş
peyindən (təzəkdən) qış aylarında dağ kəndlərində evlərin
qızdırılmasında da istifadə edilir.
|
|