• Yaponiya hökuməti günəş batareyaları, külək enerji
stansiyaları və digər tükənməyən enerji mənbələrinin payının
ölkənin yanacaq-enerji balansında 20%-ə çatdırılmasını
planlaşdırır. Hazırda Yaponiyada günəş batareyaları və külək
enerji stansiyalarının və digər tükənməyən enerji
mənbələrinin yanacaq-enerji balansında payı 2%-ə qədərdir.
-
Yaponiya hökuməti
ölkəsinin yanacaq-enerji
balansının strukturunu nə
üçün dəyişməyə çalışır?
Müasir dövrdə Azərbaycanın yanacaq-enerji balansı hansı diaqramda daha dəqiq təsvir
edilmişdir?
Alternativ enerji mənbələrindən istifadənin səmərəliliyini təsdiq edən ən azı üç səbəb göstərin.