Qabarma-çəkilmə elektrik stansiyaları dəniz və okean sahillərində yerləşdirilir. Çünki Günəşin və Ayın
cəzbetmə qüvvəsi bu yerlərdə gün ərzində
suyun səviyyəsinin 4 dəfə dəyişməsinə
səbəb olur (2 qabarma və 2 çəkilmə
hadisəsi bir-birini əvəzləyir). Suyun
səviyyəsi 18 m qədər qalxa bilər.
Qabarma-çəkilmə elektrik stansiyaları
Fransa, Böyük Britaniya, Kanada, Çin,
ABŞ, Hindistan və s. ölkələrdə vardır.
Enerji almaq üçün körfəzin və ya çayın
mənsəbində bənd quraşdırılır. Qabarmaçəkilmə
zamanı su sahilə doğru irəli-geri
hərəkət edərək turbinləri işə salır və
yaranan enerji xüsusi qurğular vasitəsilə
elektrik enerjisinə çevrilir.
Külək elektrik stansiyaları (KES) - enerjini
hava axınlarından əldə edir. Bir turbin (külək
generatoru) 600-800 ev üçün elektrik enerjisini
istehsal edə bilir. KES-in normal fəaliyyət
göstərməsi üçün küləyin orta illik sürətinin
4,5 m/san olması vacib şərtdir. KES
enerjisi Danimarka və Niderlandın yanacaqenerji
balansında əsas yer tutur. Azərbaycanda
isə KES-in gücünün 4,5 QVt olacağı
proqnozlaşdırılır.