• Bu maraqlıdır • Kaliforniyada yerləşən "İvanpa Solar" stansiyası 13km2 sahəni əhatə edir. Gücü 392 meqavat olan stansiya 140 000 mənzili enerji ilə təmin edir.
Bu enerjini adi yanacaq növlərindən əldə etdikdə hər il atmosferə 400 000 ton karbon qazı, yaxud 77 000 avtomobildən çıxan zərərli qazlar atılmış olardı.
"İvanpa Solar" stansiyasında günəş batareyaları ilə yanaşı, güzgülü panellərdən də istifadə olunur, iki güzgülü modul panellər- heliostat adlanır. Stansiyada 173 min ədəd heliostat vardır.
Günəş ES-in tikilməsində əsas şərt il ərzində günəş şüalarının Yer səthinə düşmə bucağının kəmiyyəti və günəşli günlərin sayıdır. Azərbaycan ərazisində günəşli günlərin sayı 250-270-ə bərabərdir. Xüsusilə Abşeron yarımadası, Kür-Araz ovalığı və Naxçıvan MR günəş ehtiyatları ilə zəngindir. Son vaxtlar bu ehtiyatlardan istifadə edilməyə başlanılmışdır. Hazırda Naxçıvan MR, Sumqayıt, Suraxanı və Pirallahıda günəş panelləri və elektrik stansiyaları mövcuddur.