Günəş enerjisinin Yer səthində paylanması (kVt-saat/m2/il)
Neft, qaz və daş kömür kimi mineral ehtiyatlar tükənən və bərpa olunmayan enerji mənbələridir. Bu mənbələrin tükənmə dərəcəsinə çatması bəşəriyyəti onlara qənaət etməyə və yeni alternativ enerji mənbələrinin axtarılmasına vadar edir. Müasir elmin nailiyyətləri Yerin geotermal enerjisindən, günəş şüalarından, külək, qabarma və çəkilmənin enerjisindən tükənməyən enerji mənbəyi kimi istifadə edilməsinə imkan verir.
Günəş şüalarından istilik və elektrik enerjisi almaq üçün stansiyalar inşa edilir. Bu da tükənməyən günəş energetikası və ya helioenergetika (yun. “Helios” - Günəş) adlanır.
Hazırda dünyada yüzdən çox günəş elektrik stansiyası (Günəş ES) mövcuddur. Onların ən nəhəngləri Kaliforniyada (ABŞ) yerləşir.
Günəş ES | ||
Adı | Ölkə | Gücü |
"Star GES" | ABŞ, Kaliforniya | 579 MVt |
"Topaz GES" | ABŞ, Kaliforniya | 550 MVt |
"SunlightFarmGES" | ABŞ, Kaliforniya | 550 MVt |