2021-ci ildə ölkədə ticarət dövriyyəsi 33,9 mlrd. ABŞ dolları həcmində olmuşdur.
Ölkədən ixrac olunan məhsulların dəyəri 22,2 mlrd., idxal olunanlar isə 11,7 mlrd. ABŞ
dollarına bərabərdir. İxrac edilən məhsullar xam neft, benzin, sürtkü yağlan, təbii qaz,
gips, üzüm şərabları, meyvə-tərəvəz məhsulları, şəkər, bitki yağları, pambıq - mahlıc,
kartof və yundur. Maşın və avadanlıqlar, dərman preparatları, taxıl, meşə məhsulları
məhsulları isə idxal olunur.
Refleksiya
Fikirləri tamamlayın və onların
düzgünlüyünü mətnə əsasən yoxlayın.
- Azərbaycanın magistral avtomobil yolları, əsasən, 3 istiqamətlidir. Çünki...
- Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi ölkə ərazisində
nəqliyyatın daha yüksək inkişafına səbəb olmuşdur. Ona görə ki...
- Azərbaycanın gəmiçilik nəqliyyatında süni yaradılmış kanalların və su hövzələrinin
əhəmiyyəti böyükdür. Çünki...
Öyrəndiklərinizi
TƏTBİQ EDİN
- Mətnə əsasən cədvəli tamamlayın, nəqliyyat növləri üzrə yük və sərnişin daşınmalarının payını
əks etdirən dairəvi diaqram qurun.
Nəqliyyat növləri |
Yükdaşıma |
Sərnişindaşıma |
Avtomobil nəqliyyatı |
|
|
Dəmir yolu |
|
|
Dəniz nəqliyyatı |
|
|
Hava nəqliyyatı |
|
|
Boru kəməri |
|
|
2. Azərbaycanda avtomobil yollarının sıxlığını hesablayın.
Öyrəndiklərinizi
YOXLAYIN
1. Azərbaycanda nəqliyyat yollarını azalan sıra ilə düzün:
a. yükdaşımalara;
b. sərnişindaşımalara görə.
2. Xəritə-sxemdə təsvir olunan dəmir yolu magistralları hansı iqtisadi rayonları birləşdirir?