Bakı dəniz limanı Xəzər dənizi hövzəsində sahəsinə və dərinliyinə görə ən əlverişli buxtadır. Buxtada yerləşməsi liman təsərrüfatının fəaliyyətində, o cümlədən hidrotexniki qurğuların tikintisi üçün çox vacibdir. 2021-ci ildə Bakı Dəniz Ticarət Limanı vasitəsilə 5,6 mln. ton yük və 18,5 min sərnişin daşınmışdır.
Dənizyolları | Hansı liman şəhərləri arasındadır |
Məsafə |
Azərbaycan - Türkmənistan | ||
Azərbaycan - Qazaxıstan | ||
Azərbaycan - İran | ||
Azərbaycan - Rusiya |
Azərbaycan Respublikasının ən böyük hava limanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanıdır. Hava limanının aerodromu 2 uçuş-enmə zolağı və 3 hərəkət zolağından ibarətdir. Bununla yanaşı, ölkəmizdə Naxçıvan, Gəncə, Zaqatala, Qəbələ, Yevlax, Zabrat, Füzuli, Zəngilan və s. kiçik hava limanları da fəaliyyət göstərir.
2021-ci ildə ölkəmizdə hava nəqliyyatı ilə 557 min ton yük və 18 mln. sərnişin daşınmışdır. Vahid nəqliyyat şəbəkəsinin formalaşması nəqliyyat qovşaqlarını yaradır.
Nəqliyyat qovşağı - müxtəlif növ nəqliyyat yollarının kəsişdiyi coğrafi məntəqədir. Ölkəmizin əsas nəqliyyat qovşaqlarına Bakı, Yevlax, Gəncə, Şirvan şəhərləri aiddir.
Azərbaycanın ticarət əlaqələri nəqliyyat vasitələrinin köməkliyi ilə həyata keçirilir. Ölkənin xarici ticarət əlaqələri aparılan zaman onun digər ölkələrlə ixrac-idxal arasındakı münasibətlər əsas götürülür və bu, ticarət balansı adlanır. Ticarət balansının saldosu müsbət və ya mənfi ola bilər. Ölkənin satdığı məhsulun dəyəri aldığı məhsulun dəyərindən çox olarsa, o zaman balans müsbət, aldığı məhsulun dəyəri satdığı məhsulun dəyərindən çox olarsa, balans mənfi olur. Hazırda Azərbaycan Respublikası 188-dən çox ölkə ilə ticarət əlaqələrini həyata keçirir.