Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri
2006-cı ilin sonunda istifadəyə
verilmişdir. Uzunluğu 971km olan kəmər
il ərzində 20mlrd. m3 qazötürmə
gücünə malikdir. Azərbaycan və Gürcüstan
ərazisindən keçməklə Türkiyənin
Ərzurum şəhərinə qədər uzanan bu
qaz kəməri Türkiyənin BOTAŞ şirkətinin
boru kəmərinə qoşulur. Türkiyə
ilə bağlanmış müqaviləyə əsasən, Türkiyə
15 il müddətində Azərbaycandan
91mlrd. m3 qaz alacaqdır. 2007-ci ildə
Ankaradan Komotiniyə (Yunanıstan)
çəkilən boru xətti Türkiyə ilə Yunanıstanın
qaz kəmərlərini birləşdirdikdən
sonra Azərbaycan qazının Türkiyə
ilə yanaşı, Yunanıstana və digər Avropa
ölkələrinə ixracına imkan yarandı.
2021-ci ildə ölkəmizdə 60,2 mln. ton yük boru kəməri vasitəsilə daşınmışdır. Daşımaların 76,6% neft, 23,4% qaz kəməri vasitəsilə həyata keçirilmişdir.
Dəniz nəqliyyatı ən ucuz nəqliyyat növü olub sərnişin və yüklərin daşınmasında digər nəqliyyat növlərindən kəskin surətdə fərqlənir.
Azərbaycanın nəqliyyat-iqtisadi əlaqələrində Xəzər dənizinin çox böyük əhəmiyyəti var. Gəmiçilik kanalları və su hövzələri Azərbaycana Dünya okeanına çıxmaq imkanı verir. Dəniz nəqliyyatı xarici və daxili (*kabotaj) daşımalara bölünür.
Bakı Dəniz Ticarət Limanı Xəzər dənizində ən böyük liman olub 1902-ci ildən istifadəyə verilmişdir.