Lənkəran-Astara | 1 979 |
Mərkəzi Aran | 1 802 |
Mil-Muğan | 1082 |
Şəki-Zaqatala | 1 810 |
Şərqi Zəngəzur | - |
Şirvan-Salyan | 910 |
Cəmi: | 16 630 |
Dəmir yolları ilə yüklərin daşınmasının daha ucuz başa gəlməsi ölkə ərazisində yeni xətlərin çəkilməsinə zəmin yaratdı. Osmanlı-Astara (125 km), Yevlax-Mingəçevir (19 km), Yevlax-Xankəndi (105 km), Yevlax-Balakən (162 km), Salyan- Neftçala (35 km) dəmir yolları iqtisadi rayonların nəqliyyat əlaqələrinin qurulmasında mühüm əhəmiyyətə malikdir.
2021-ci ildə dəmiryolu nəqliyyatı ilə 15 mln. ton yük və 1,1 mln. nəfər sərnişin daşınmışdır.
Azərbaycanın neft və qaz hasilatına malik olması boru kəməri nəqliyyatının inkişafına gətirib çıxarmışdır. Hazırda boru kəmərləri Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində mühüm rol oynayır. Qərbə və şimala doğru uzanan boru kəmərləri ölkə iqtisadiyyatını xarici dövlətlərlə əlaqələndirir.
Bakı-Supsa neft boru kəməri - Səngəçal terminalından başlayaraq Abşeron-Xızı, Şirvan-Salyan, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Qazax-Tovuz iqtisadi rayonlarının ərazisindən keçməklə Gürcüstanın Qara dəniz sahillərindəki Supsa terminalınadək (Poti şəhəri yaxınlığında) uzanır. Bu kəmərin uzunluğu 837 km, diametri 530 mmdir. 2021-ci ildə kəmər vasitəsilə 4,2 mln. ton neft daşınmışdır.
Bakı-Novorossiysk neft boru kəməri - Səngəçal terminalından başlayır. Xəzər dənizi sahili boyunca Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarından keçməklə Rusiyanın Novorossiysk limanmadək uzanır. Onun uzunluğu 1330 km-dir. 2021-ci ildə kəmərvasitəsilə 1,2 mln. ton neft daşınmışdır.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri - 2006-cı ilin may ayından istifadəyə verilmişdir. Neft kəməri Gürcüstan ərazisi ilə Türkiyə ərazisinə, oradan isə Aralıq dənizinə qədər uzanır. Kəmərin uzunluğu 1767 km-dir ki, onun da 1076 km Türkiyənin, 443 km Azərbaycanın, 248 km isə Gürcüstanın payına düşür. 2015-ci ildə kəmər vasitəsilə 26,9 mln. ton neft daşınmışdır.