Azərbaycanın “Böyük İpək yolu” (və ya TRASEKA) və Şimal-Cənub magistralları üzərində yerləşməsi ölkə ərazisində nəqliyyatın daha yüksək inkişafına səbəb olmuşdur. Avtomobil yolları genişləndirilmiş, yeni infrastruktur yaradılmışdır. Hazırda ölkə ərazisində avtomobil yollarının uzunluğu 59 141 km-dir. Yolların 29 210 km bərk örtüklü yollardır.
2021-ci ildə avtomobil nəqliyyatı vasitəsilə 112,5 mln. ton yük və 1,1 mlrd, nəfər sərnişin daşınmışdır. Azərbaycan Respublikasının magistral avtomobil yolları ölkə ərazisinin konfiqurasiyasına uyğun olaraq, əsasən, 3 istiqamətlidir:
İqtisadi rayonlar |
Uzunluğu, km-lə |
Bakı | 139 |
Naxçıvan | 1473 |
Abşeron-Xızı | 435 |
Dağlıq Şirvan | 1337 |
Gəncə-Daşkəsən | 1 145 |
Qarabağ | 1 297 |
Qazax-Tovuz | 1459 |
Quba-Xaçmaz | 1762 |