Rayonun sahəsi 5,67 min km2 bərabər olub tərkibinə Beyləqan,
İmişli, Saatlı, Sabirabad inzibati rayonları daxildir. Hacıqabul-
Horadiz dəmir və avtomobil, Yevlax-Ağcabədi-Bəhramtəpə, Bəhramtəpə-
Biləsuvar avtomobil yollarının Mil-Muğan ərazisindən
keçməsi rayonun iqtisadi-coğrafi mövqeyinə üstünlük verir.
Rayon ərazisində yeraltı ehtiyatlar azdır. Yalnız tikinti materialları
(mişardaşı, qum-çınqıl və s.) vardır.
Əsas təsərrüfat sahələri pambıqçılıq, şəkər çuğunduru və onların
emalını həyata keçirən müəssisələrdir. İqtisadi rayonda ət, süd,
taxıl məhsulları istehsal edilir.
Son illərdə burada balıq yetişdirilməsi üzrə iri zavodlar tikilmişdir.
Mil-Muğan iqtisadi rayonunun əhalisinin sayı 2022-ci ilin statistikasına
əsasən 526,4 min nəfərdir.
Rayonun sahəsi 6,07 min km2 bərabər olub tərkibinə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı inzibati rayonları və Lənkəran şəhəri daxildir. Rayonda yalnız tikinti materialları vardır. Zəngin landşaft, mineral bulaqlar istirahət, müalicə və turizmin inkişafına imkan verir. Rayonun enerji ilə təminatı Astara və Lerik rayonlarında modul İES-lər ilə ödənilir. Rayonda qida sənayesi müəssisələrində meyvə-tərəvəz konservləri, şərab, çay, ət, süd məhsulları istehsal olunur. Lənkəran və Masallıda meyvə-tərəvəz konserv, Cəlilabadda şərab zavodları fəaliyyət göstərir. İqtisadi rayonda sitrus meyvəçiliyi və çayçılıq, çəltikçilik, balıqçılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir. Lənkəran Astara iqtisadi rayonunun əhalisinin sayı 959,4 min nəfərdir (2022-ci il). Lənkəran, Astara, Masallı və Lerikdə xeyli sayda talışlar yaşayır. Lənkəran ovalığı Azərbaycanda əhalinin sıx məskunlaşdığı ərazilərdən biridir.