Mərkəzi Aran iqtisadi rayonunun sahəsi 6,69 min km2 bərabər olub tərkibinə Mingəçevir və Yevlax şəhərləri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab inzibati rayonları daxildir. Ərazidən keçən beynəlxalq və ölkə əhəmiyyətli Bakı-Ağstafa dəmir və avtomobil yolları, ixrac neft və təbii qaz kəmərləri iqtisadi rayonun coğrafi mövqeyinin üstünlüyünü göstərir. Rayonda mineral ehtiyatlar - neft, mişardaşı, qumçınqıldır. Kür çayı hidroenerji ehtiyatlarına malikdir. Mingəçevirdə Azərbaycan DRES və SES, Varvarada SES-lər yalnız rayon üçün deyil, ölkənin enerji təminatında rola malikdir. Mərkəzi Aran neftçıxarma, elektroenergetika, tikinti materialları sənayesi üzrə ixtisaslaşmışdır. Bütün inzibati rayonlarda pambıqçılıq, taxılçılıq, üzümçülük, bostançılıq və onların emal müəssisələri vardır. Mingəçevir Sənaye Parkı energetika avadanlıqları müəssisələrini birləşdirir. İqtisadi rayonun əhalisinin sayı 743,2 min nəfərdir (2022-ci il).
Rayonun sahəsi 6,08 min km2 bərabər olub tərkibinə
Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala
və Salyan inzibati rayonları daxildir. Şimal-Cənub
və Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşməsi
rayonun iqtisadiyyatına müsbət təsir edir. İqtisadi
rayon ərazisində neft, təbii qaz, yodlu və bromlu
mədən suları, tikinti materialları (mişardaşı, qumçınqıl)
vardır. Neft və qazçıxarma, elektroenergetika,
kimya, tikinti materialları sənayesi ixtisaslaşmış
sənaye sahələridir. Enerjiyə olan tələbat Şirvanda
Cənub DRES ilə təmin olunur. Kənd təsərrüfatı
suvarma şəraitində mümkündür. Pambıq,
quru subtropik meyvə, bostan bitkiləri, kartof, şəkər
çuğunduru əkilir.
Şirvan-Salyan iqtisadi rayonunun əhalisinin sayı
504,3 min nəfərdir (2022-ci il).