Rayonun sahəsi 7,47 min km2 bərabərdir. Tərkibinə Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan inzibati rayonları aiddir. İqtisadi rayonun relyefi əsasən dağlıqdır. Ərazi mineral ehtiyatlar - polimetal filizləri (Mehmanə), qızıl (Söyüdlü, Vejnəli), civə, xromit, tikinti materialları ilə zəngindir. Buradakı mineral bulaqlar (İstisu, Minkənd), saf hava, dağ meşələri, subalp çəmənlikləri və oradakı göllər istirahət-kurort-turizmin inkişafı üçün geniş imkanlar yaradır.