VIII. QARABAĞ İQTİSADİ RAYONU
Mənbə
2
Mənbə
3
Qarabağ iqtisadi rayonu sahəsinə görə ən böyük rayondur. Rayon ərazisi 8,99 min km2 bərabərdir.
Tərkibinə daxil olan inzibatı rayonların sayına görə də ölkədə birinci yer tutur: Ağcabədi, Ağdam, Bərdə,
Xocalı, Xocavənd, Füzuli, Şuşa, Tərtər inzibati rayonları, Xankəndi və Şuşa şəhərləri daxildir. İqtisadi
rayonun coğrafi mövqeyi əlverişlidir. Ərazinin təbii şəraitində özəlliklər çoxdur: düzənlik və dağlıq relyef,
zəngin landşaft, meşə örtüyü, bulaqlar,yeraltı sərvətlərin bolluğu, münbit torpaqlar və s.
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı 907,9 min nəfərdir (2022-ci il). Əhalinin əksər hissəsi doğma
torpaqlarından kənarda yaşamağa məcbur olmuşdur. Qarabağ ərazisi əksər hissəsi otuz ilə yaxın
düşmən tapdağı altında viran edilmişdir. Azərbaycan Respublikası öz tarixi torpaqlarını azad etməklə
Qarabağ iqtisadi rayonunda irimiqyaslı bərpa-quruculuq işləri başlanmışdır. Ərazinin minalardan
təmizlənməsi prosesi davam etməklə yanaşı, Füzuli ilə Şuşa şəhərləri arasında Zəfər yolunun çəkilməsi
ilə Qarabağa "Böyük qayıdış" başlanmışdır. Füzulidə hava limanının istifadəyə verilməsi isə Zəngəzur
dəhlizinin açılması istiqamətində mühüm bir addımdır. Qısa müddət ərzində "Suqovuşan-1",
"Suqovuşan-2" SES-ləri bərpa olunmuşdur. "Ağdam Sənaye Parkı"nın təməli qoyulmuşdur. Hazırda
Şuşa şəhəri yenidən qurulur.
Mənbə
4
•Fəaliyyət-8•
Suallara cavab verin:
1. Qarabağ iqtisadi rayonu
hansı iqtisadi rayonlarla
sərhədlənir?
2. Hansı inzibati rayonlarda
pambıqçılığın inkişafına imkan
vardır?
3. Rayonda suya olan tələbat
hansı mənbələrdən ödənilir?
4. Füzuli Hava Limanının
əhəmiyyətini izah edin.