Profil - Yer səthinin müəyyən hissəsinin şaquli kəsiyinin təsviridir. Ondan relyef formalarının
öyrənilməsində, yamacların meyilliyinin təyin edilməsində, ərazidəki torpaq qatlarının və süxur laylarının yatım formalarının təyinində istifadə olunur.
Müxtəlif məzmunlu xəritələrin kartoqrafik təhlilləri əsasında ərazi haqqında daha müfəssəl məlumat əldə etmək mümkündür. Ərazinin müxtəlif illərdə tərtib olunmuş xəritələrinin müqayisəsi bu ərazidə baş verən dəyişikliklər haqqında nəticə çıxarmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir.