Mürəkkəb relyef şəraiti iqlimin rəngarəngliyinə
səbəb olur. Bu isə təsərrüfat sahələrinin müxtəlifliyi üçün imkan yaradır. Rayon ərazisində neft, təbii
qaz, yanar şist, qum, çınqıl, gil və eyni zamanda meşə ehtiyatları, mineral bulaqlar (Qalaaltı, Xaldan
və s.) çoxdur.
Quba-Xaçmaz iqtisadi rayonunun əhalisi 561,8 min nəfərdir (2022-ci il). Xəzər dənizinin sahillərində
olan Nabran-Yalama zonası, meşələr və qumluqlar əsas istirahət zonalarıdır, iqtisadi rayon uzun
illərdən bəri tərəvəzçilik və tumlu meyvəçilik üzrə ixtisaslaşmışdır. Rayonun hər yerində taxıl əkinləri
üçün imkan vardır. Rayonda üzümçülük, kartofçuluq, düzən ərazilərdə südlük-ətlik maldarlıq,
quşçuluq, dağlıq rayonlarda isə qoyunçuluq inkişaf etmişdir. Enerjiyə olan tələbat Xaçmazda və
Qubada modul tipli İES-lərin və kənardan alınma enerji hesabına ödənilir. Quba-Xaçmazda müəssisələr
çoxdur: Xaçmaz və Qubada meyvə-tərəvəz konservi, Quba, Qusar və Xaçmazda xalçatoxuma,
Siyəzəndə neft və təbii qaz hasilatı müəssisələri fəliyyət göstərir. Rayon ərazisində yay və qış
turizminin
inkişafı üçün geniş imkanlar vardır: dəniz sahili qumluqlar, sahilə çox yaxın meşə landşaftı, dağlıq
relyef, subalp və alp çəmənlikləri, qarlı zirvələr, çay və bulaqlar, özünəməxsus mətbəx və s.
•Fəaliyyət-3• Xəritə-sxem əsasında suallara cavab
verin: 1.
Rəqəmlərin ifadə
etdiyi inzibati rayonları ardıcıllıqla yazın. 2. Nabran və Şahdağ istirahət mərkəzlərinin
yerləşdiyi inzibati rayonları müəyyən edin. 3. İnzibati rayonlarda yerləşən
müəssisələri sadalayın. 4. Yay və qış turizminin inkişaf etdirilməsi üçün
imkanlara malik olan rayonlar hansılardır. Fikrinizi əsaslandırın.
IV. ŞƏKİ-ZAQATALA İQTİSADİ RAYONU
Mənbə
2
•Fəaliyyət-4• Suallara cavab verin:
1. İqtisadi rayon əlvan metallurgiyanın
inkişaf etdirilməsi üçün hansı ehtiyatlara malikdir? 2. Nə üçün
bu sahə inkişaf etməmişdir. Fikrinizi əsaslandırın. 3. Bu sahənin inkişaf
etdirilməsi üçün nə təklif edərdiniz?
Mənbə
3
Rayon sahəsinə görə yalnız Qarabağ iqtisadi rayonundan geri
qalır. Sahəsi 8,84 min km2 bərabərdir. Gürcüstana gedən
avtomobi yolu rayon ərazisindən keçir. Rayonun tərkibinə
tarixi abidələri ilə tanınan Şəki şəhəri və Balakən, Qax, Qəbələ,
Zaqatala, Oğuz, Şəki inzibati rayonları daxildir. Ərazi mürəkkəb
relyefə malikdir. İqtisadi rayonda polimetal filizləri (Filizçay
yatağı), qum, çınqıl, gil, gips və meşə ehtiyatları vardır. Əhali,
əsasən, Baş Qafqaz silsiləsinə paralel uzanan Qanıx-Əyriçay
düzənliyində məskunlaşmışdır. Əhalinin sayı 632,9 min
nəfərdir (2022-ci il).
Rayonun enerjiyə olan tələbatı Şəkidə modul tipli İES və Mingəçevirdən alınan enerji hesabına
ödənilir. Əlverişli iqlim şəraiti rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etməsinə imkan
verir. Rayonda qərzəkli meyvələr, taxıl, tütün, çay, qızılgül, çəltik sahələri geniş yer tutur. Ətlik və
südlük istiqamətli maldarlıq və baramaçılıq kimi heyvandarlıq sahələrinin əhəmiyyəti böyükdür.
Qəbələ Konserv Kombinatı, Zaqatala qızılgül yağı müəssisəsi, Zaqatala fındıqtəmizləmə fabriki, Şəki
İpək Kombinatı və digər müəssisələr yerli xammal əsasında fəaliyyət göstərir. Rayon ərazisində zəngin
landşaft, mineral bulaqlar, tarixi-memarlıq abidələri turizmin inkişafına təkan verir.