II. ABŞERON-XIZI İQTİSADİ RAYONU
Mənbə
2
Mənbə
3
Rayonun sahəsi 3,73 min km2 bərabərdir. Rayon ərazisi iki inzibati rayondan ibarətdir.
Rayonun əlverişli coğrafi mövqedə olması paytaxta yaxınlıq, Xəzər dənizinə çıxışın olması,
şimala və qərbə gedən nəqliyyat magistrallarının üzərində yerləşməsi ilə qiymətləndirilə bilər. İqtisadi rayonun
faydalı qazıntıları neft, təbii qaz, əhəngdaşı, sement xammalı, kvars və tikinti qumundan ibarətdir.
Abşeron-Xızı iqtisadi rayonunda əhalinin sayı 2022-ci il statistikasına əsasən 579,9 min nəfərə bərabərdir.
Rayonda Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, hazırda Masazır qəsəbəsi sürətlə böyüyür.
Sosial-iqtisadi inkişaf səviyyəsinə görə Abşeron-Xızı iqtisadi rayonu yalnız Bakı iqtisadi rayonundan geri qalır.
İqtisadi rayonda olan sənaye müəssisələrinin əksər hissəsi Sumqayıt və Xırdalandadır. Xüsusilə Sumqayıt
şəhəri ölkənin kimya mərkəzi hesab olunur. Buradakı "Sumqayıt Kimya Sənaye Parkı"nda 30 yaxın müəssisə
cəmlənmişdir. İstehsal olunan məhsullar Türkiyəyə, Rusiyaya, Mərkəzi Asiya ölkələrinə, Almaniyaya,
Niderlanda, Polşaya, Ukraynaya, Braziliyaya, Kanadaya, Çinə, ABŞ-a ixrac edilir. Kənd təsərrüfatı şəhərətrafı
təsərrüfat sahələri ilə südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, quru subtropik meyvəçilik
ilə səciyyələnir. İqtisadi rayon ərazisində yay və qış otlaqlarının olması heyvandarlığın inkişafı üçün geniş
imkanlar verir. Rayonun turizm potensialı (Xəzər sahilləri, Altıağacvə s.) güclüdür.
•Fəaliyyət-2• Suallara cavab verin: 1. Abşeron-Xızı iqtisadi
rayonunun iqtisadi inkişafına hansı amillər
təsir edə bilər? 2. İqtisadi rayon ərazisindən keçən nəqliyyat yolları hansılardır və nə üçün onlar daha
əhəmiyyətli hesab edilir? 3. İqtisadi rayonda heyvandarlığın hansı növü üçün geniş imkanlar vardır?
III. QUBA-XAÇMAZ İQTİSADİ RAYONU
Mənbə
2
Mənbə
3
Sahəsi 6,96 min km2 olub tərkibinə Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran inzibati rayonları
daxildir. Xəzər dənizinə çıxış və Azərbaycanı Rusiya ilə birləşdirən nəqliyyat yollarının üzərində
yerləşməsi Quba-Xaçmaz rayonunda əlverişli iqtisadi coğrafi mövqe yaradır. İqtisadi rayonun
relyefində Azərbaycanın bütün landşaftları əks olunmuşdur. Belə ki, şərq tərəfdən okean səviyyəsindən
aşağıda yerləşən Samur-Dəvəçi ovalığı qərbə və şimal-qərbə doğru ölkənin ən hündür zirvələri ilə
(Bazardüzü, Şahdağ və s.) əvəzlənir.