Bakı iqtisadi rayonunun coğrafi mövqeyi
son dərəcə əlverişlidir, iqtisadi rayonun sahəsi
2,14 min km2 bərabərdir, iqtisadi rayonun
tərkibinə 12 inzibati rayon daxildir.
Ərazinin relyefi sahilboyu düzənliklər və
yüksəkliklərdən ibarətdir. Rayonun ən mühüm
mineral sərvətləri neft və təbii qaz,
əhəngdaşı və qum, müalicə palçığıdır.
iqtisadi rayonun paytaxt mövqeyi burada
şəhər əhalisinin xüsusi çəkisinə, ərazidə
məskunlaşma səviyyəsinə, əhalinin sıxlığına,
eləcə də istehsal müəssisələrinin cəmlənməsinə,
xidmət sahələrinin inkişafına
güclü təsir etmişdir. Bakı iqtisadi rayonunun
əhalisinin sayı 2,3 milyon nəfərdən çoxdur
(2022-ci il). Əhalinin təbii artımı aşağı (1,0),
ümumi artım isə yüksəkdir. Burada nəhəng
Bakı aqlomerasiyası formalaşmışdır.
Rayonda enerjiyə olan tələbat yerli İES-lər
və Mingəçevir SES hesabına ödənilir. Gətirilmə
enerjinin itkilərə məruz qalması rayonda
alternativ enerji mənbələrindən
(Günəş və külək) istifadə