İnsanlar obyekt, hadisə və prosesləri öyrənmək, onları daha aydın təsəvvür və nümayiş etdirmək üçün modellər yaradırlar. Coğrafiyada da müxtəlif modellərdən istifadə olunur.
Coğrafi xəritələr (fiziki, siyasi, iqtisadi və s.) dünyanı və ya hər hansı bir ərazini daha aydın təsvir edən modellərdir. Onlar kartoqrafik modelləşdirmə əsasında yaradılır: məkana dair məlumatların toplanması, sistemləşdirilməsi və kompleks təhlilini əhatə edən ardıcıllıqla yerinə yetirilir. Kartoqrafik modelləşdirməni sxematik şəkildə aşağıdakı kimi təsvir etmək olar.
Kartoqrafik modelləşdirmə 3 prinsipə əsaslanır:
Coğrafi xəritələrdən məlumat əldə etmək üçün kartoqrafik tədqiqat metodları tətbiq olunur. Kartoqrafik tədqiqat metodları - vizual, kartometrik, qrafik və s. təhlillər vasitəsilə həyata keçirilir.
1. Vizual təhlil - müvafiq xəritələrdən ərazinin relyefi, çay şəbəkəsi, iqlim xüsusiyyətləri, bitki və heyvanlar aləminin müxtəlifliyi, əhalinin yerləşməsi, nəqliyyat magistralları və s. haqqında məlumatların əldə edilməsi və onlar arasında əlaqənin müəyyən olunmasıdır. Vizual təhlil zamanı xəritələrdən obyekt, hadisə və proseslərin keyfiyyət və bəzi kəmiyyət (hündürlük, dərinlik və s.) göstəricilərini oxumaq və bir sıra coğrafi qanunauyğunluqları aşkar etmək mümkündür.
2. Kartometrik təhlil - coğrafi koordinatların təyin olunması, hündürlük, uzunluq və sahələrin hesablanması, azimut və istiqamətlərin təyin edilməsi, miqyas və dərəcə toruna əsasən məsafələrin ölçülməsi və digər kəmiyyət göstəricilərinin təhlilidir. Kartometrik təhlil lokal və qlobal xarakterli olur; məsələn, bir çayın uzunluğunun ölçülməsi lokal, ərazidə olan çaylanrın birgə uzunluğunun hesablanması isə qlobal təhlildir.
3. Qrafik təhlil - xəritələrə əsasən qurulmuş qrafik təsvirlər vasitəsilə aparılan tədqiqatlardır; məsələn, ərazinin profili qrafik təhlil vasitəsilə qurulur.