Korporasiyalar nəhəng strukturlar olub ölkənin iqtisadiyyatına güclü təsirə malikdir. Yüksək
maddi-texniki bazaya malik elmi tədqiqat institutları, logistika mərkəzləri, laboratoriyalar, konstruktor büroları korporasiyaların qloballaşmasını təmin edir, fərqli ölkələrdə əlaqəli şəkildə
fəaliyyət göstərir və Trans Milli Korporasiyaya (TMK) çevrilir. BMT-nin hesablamalarına görə hazırda
dünyada 65 min transmilli korporasiya fəaliyyət göstərir. Bu korporasiyalarda 75 milyona yaxın insan
işləyir. TRK əsas (ana) və filial
(qız) kompaniyalardan təşkil olunur. Ana kompaniyaların 80%-i inkişaf etmiş ölkələrdə yerləşir. Onların
filialları isə inkişaf etməkdə olan ölkələrdə daha çoxdur. “Coca-Cola”, “Nestle” , “Google”, “Apple”,
“Ford” və s. dünyanın ən aparıcı korporasiyalarından sayılır.
Öyrəndiklərinizi
TƏTBİQ EDİN
Sahibkar üzümçülük təsərrüfatına 300 000 manat investisiya qoymuşdur. Ondan 210 000 manat əkin
sahəsinin və tinglərin alınmasına, texnikaya, təsərrüfat binası və anbarın tikintisinə
xərclənmişdir. Bununla yanaşı, sahibkar hər il əməkhaqqı ilə vergi ödəmələrinə 12 000 manat,
suvarmaya 4000 manat, gübrələməyə isə 2000 manat xərcləməlidir. İlk beş ildə üzüm
plantasiyasında məhsul yığımı kütləvi satış üçün nəzərdə tutulmur. Emal müəssisələrinə satış
üçün məhsul altıncı ildən başlayaraq veriləcək. Sahibkarın həmin il 35 000 manat, sonrakı
illərdə isə sabit olaraq birinci məhsul yığımı ilindən 1,5 dəfə çox gəlir əldə edəcəyi
gözlənilir.
1
a)
Texniki avadanlıqların uzunmüddətli icarəsi
2
b)
Gəlir əldə etmək üçün qoyulmuş kapital
3
c)
Bir neçə şirkət və müəssisələrin birliyi