İnvestisiya yatırımları ilə bir sıra holdinq və korporasiyalar da məşğul olur.
Holdinq - ingilis dilində “bir araya gətirmək “ mənasındadır. Müxtəlif istiqamətdə fəaliyyət göstərən (inşaat, kənd təsərrüfatı, mədən, nəqliyyat, bank-maliyyə, sığorta və s.) şirkətlərin tam birləşməsinə ehtiyac qalmadan birgə fəaliyyətidir. Şirkətlərin holdinqdə iştirakı onların maliyyə gücünün artmasına, rəqabətə davamlı olmasına şərait yaradır. Holdinqlər Amerikada XIX əsrdən yaranmışdır. Azərbaycanda isə holdinqlər müstəqillik əldə edildikdən sonra yaranmışdır. Hazırda ölkədə 30-dan artıq holdinq fəaliyyət göstərir.
Korporasiya - sözünün mənası latın dilində bir peşəyə sahib olan insanların birliyidir. Eyni istiqamətdə fəaliyyət göstərən, müəyyən məhsulun istehsalı üçün bir-biri ilə sıx əməkdaşlıq edən şirkətlərin yaratdığı ittifaqdır.