İnvestor risklərin qarşısını almaq məqsədilə əmlakını sığortalayır. Ona ziyan dəydikdə isə aralarında bağlanmış müqaviləyə əsasən sığorta təşkilatı müvafiq yardımlar göstərir. Azərbaycan Respublikası ərazisində sənaye və kənd təsərrüfatına qoyulan investisiyaların adambaşına düşən həcmi müxtəlifdir.
Hazırda beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi və ölkələrarası əməkdaşlığı inkişaf etdirmək məqsədilə dünyada bir sıra maliyyə təşkilatlan fəaliyyət göstərir. Bu təşkilatlar ölkələrdə müxtəlif sahələrə böyük investisiya yatırımları edir.
Təşkilatlar | Fəaliyyət istiqamətləri | Təşkilatın baş qərargahı |
Beynəlxalq Valyuta Fondu | Üzv ölkələrə kreditlər verir, beynəlxalq ticarətin genişlənməsinə şərait yaradır, valyuta mübadiləsini tənzimləməyə kömək göstərir. | Vaşinqton (ABŞ) |
Asiya İnkişaf Bankı | Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərir. | Manila (Filippin) |
İslam inkişaf Bankı | Müsəlman ölkələrinin iqtisadi və sosial inkişafına yardım göstərir. | Ciddə (Səudiyyə Ərəbistanı) |
Beynəlxalq təşkilatlarla yanaşı, bir sıra ölkələr də investisiya yatırımı edir. Bu onların iqtisadi inkişafı ilə əlaqədardır. Ölkələr iqtisadi cəhətdən inkişaf etdikcə onların investisiya qoymaq imkanlarının coğrafi arealı da genişlənir.
İnvestisiyalar ayrı-ayrı şəxslər tərəfindən də qoyula bilər. Hər bir şəxs istehsala, daşınmaz və daşınan əmlaka, bank vəsaitlərinə, qiymətli kağızlara və s. yatırım edə bilər.