Nümunə:
Məsələni həll edin.
Ölkədə ÜDM-in dəyəri 47 mlrd. ABŞ dolları, ÜMM-in dəyəri isə 38,5 mlrd. ABŞ dollarıdır. Bu dövlətin
ölkə xaricində milli şirkətlərinin istehsal etdiyi məhsulun həcmi 12 mlrd. ABŞ dolları olduğu halda,
ÜDM-də xarici şirkətlərin payını hesablayın.
Həlli:
ÜMM = ÜDM-xarici şirkətlərin payı + ölkə xaricində milli şirkətlərin istehsal etdiyi məhsulun həcmi
38,5 mlrd. ABŞ dollarıdır = 47 mlrd. ABŞ dolları -X + 12 mlrd. ABŞ dolları
X = 20,5 mlrd. ABŞ dolları
Beynəlxalq hesablama sistemində BMT tərəfindən ÜDM-ın vahid valyuta (ABŞ
dolları) ilə ölçülməsi qərara alınmışdır (ölkədə valyuta məzənnəsi nəzərə alınmaqla).
İqtisadiyyatın əsas göstəricilərindən biri ÜDM-in adambaşına düşən kəmiyyət
göstəricisidir. Çünki ölkədə yaşayan əhalinin həyat səviyyəsini müəyyən etmək üçün
bu göstərici əsas götürülür.
• Fəaliyyət •
Xəritə-sxemlə iş.
Dünya ölkələri üzrə ÜDM və
ÜDM-in adambaşına düşən
kəmiyyət göstəricilərinin
xəritə-sxemlərini müqayisə
edin.
Cədvəli tamamlayın.
ÜDM-in həcmi |
10-500 |
500-dən yuxarı |
... |
... |
Müzakirə edin və nəticə çıxarın:
- Ölkələrdə ÜDM-in ümumi
həcmi və ÜDM-in
adambaşına düşən həcmi
arasında olan fərqlər insanların
həyat səviyyəsinə
necə təsir edir?
1. Dünya üzrə ÜDM-in həcmi, ABŞ dolları ilə (2022)
2. Dünya üzrə ÜDM-in adambaşına düşən həcmi, ABŞ dolları ilə (2022)
İqtisadiyyatın strukturu ÜDM-də əks olunur. Belə ki, İEÖ-lərin ÜDM-nin strukturunda
emaledici sənaye və xidmət sahələrinin, İEOÖ-lərdə isə hasilat sənayesi və
kənd təsərrüfatının payı daha yüksək olur.
Ölkələrin iqtisadi inkişaf səviyyəsi iqtisadi artımla müəyyən olunur. İqtisadi
artımın ən mühüm göstəriciləri aşağıdakılardır:
- ÜDM və ÜMM-in artması;
- ÜDM və ÜMM-in adambaşına düşən həcminin artması;
- iqtisadiyyat sahələri üzrə adambaşına düşən məhsul istehsalının artım sürəti.