Dünya iqtisadiyyatının inkişafı uzun tarixi dövrdə formalaşmışdır. Böyük Coğrafi kəşflər dünya təsərrüfatının əsas tərkib hissəsi olan dünya bazarının formalaşmasında mühüm rol oynamışdır. XIX əsrin sonu - XX əsrin əvvəlində Şimali Amerika ilə Avropa ölkələrində sənaye çevrilişindən sonra maşınqayırma sənayesi yaranmışdır. XX əsrin ortalarına qədər dünya təsərrüfatı “eninə”
Müasir dövrdə ölkənin iqtisadi inkişafı iki əsas göstərici - ÜDM və ÜMM əsasında xarakterizə olunur. ÜDM və ÜMM müəyyən müddət ərzində (adətən, bir ildə) istehsal edilən məhsul və xidmətlərin pulla ifadə olunan dəyərlərinin cəmidir. ÜDM ölkə daxilində milli və xarici, ÜMM isə ölkə daxilində və onun hüdudlarından kənarda milli iqtisadiyyata mənsub olan şirkətlər tərəfindən formalaşdırılır.