a. Layihəyə hazırlıq
Mövzulardan birini seçin və bu problem haqqında məlumat toplayın:
- Enerji böhranı
- Qida problemi
- İçməli su problemi
b. Layihəyə icrası.
Yaşadığınız ərazidə mövcud olan problemin səviyyəsini müəyyənləşdirin.
- Evinizdə və yaşadığınız ərazidə mövcud olan problemin necə təzahür etdiyini təsvir edin.
- Problemi yaradan səbəbləri müəyyən edin.
- Problemin həlli üçün hər birinizin görə biləcəyi işləri sistemləşdirin.
- Yaranan problemi tənqid edən sosial reklamın süjet xəttini, foto və ya karikaturasını seçin.
- Problemin həllində vətəndaşlıq borcunuzun yerinə yetirilməsi haqqında qısa təqdimat yazın.
- Problemin cəmiyyət üçün yaratdığı fəsadlara dair mətn və ya slayd hazırlayın.
c. Layihənin təqdimatı.
Gördüyünüz işin nəticələrini hesabat və ya referat formasında təqdim edin.