Dayanıqlı inkişaf modeli
Sosial inkişaf-
insan hüquqlarının qorunma-
sı, əhalinin iş yerləri ilə təmin olunması.
İqtisadi inkişaf-
iqtisadi artıma nail olmaq, yeni, aztullantılı və tullantısız texnologiyaların tətbiqi.
Ekoloji inkişaf -
bioloji aləmin qorunub
saxlanılması və ekosistemin bərpası.
2015-ci ildə BMT-də dünya liderləri tərəfindən “Dayanıqlı inkişafın məqsədləri” qəbul edilmişdir. Bu məqsədlər “Yoxsulluğa son”, “Aclığa son”, “Sərfəli və təmiz enerji”, “Təmis su və sanitariya”, “İqlim dəyişkənliyinə qarşı mübarizə”, “Keyfiyyətli təhsil” və başqalarıdır. Hədəflər dünya ölkələrində iqtisadi-sosial layihələrin həyata keçirilməsi üçün bir fəaliyyət proqramıdır.

Dayanıqlı inkişaf konsepsiyasına görə, regionlardakı (ölkə, şəhər) iqtisadi, sosial və ekoloji problemlər kompleks şəkildə öyrənilməli, gələcəkdə yarana biləcək təhlükəli hallar qiymətləndirilməlidir. Dayanıqlı inkişaf Norveç, İsveç, Almaniya, ABŞ, Yaponiya və s. İEÖ-lər üçün xarakterikdir.

Fəaliyyət
Cədvəli tamamlayın.
Dayanıqlı inkişafa nail olmaq üçün yollar Görülən tədbirlər
Kadr potensialından istifadə
İstehsal prosesinin təşkili
Yeni texnika və texnologiyaların tətbiqi
Təbii ehtiyatlardan səmərəli istifadə
Ekoloji şəraitin qorunub saxlanılması
Müzakirə edin və nəticəçıxarın: -Dayanıqlı İnkişafa nail olmaq üçün daha hansı tədbirləri görmək olar?

Siyasi sabitliyin pozulması, sosial gərginlik, iqtisadi böhran və ekoloji problemlər dayanıqlı inkişafın təminatına mənfi təsir göstərə bilər. Məsələn, 1986-cı ildə Çernobıl AES-də (Atom Elektrik Stansiyası) baş verən qəza nəticəsində Ukrayna və qonşu ölkələrin inkişafı ciddi fəsadlarla üzləşdi.

1. Regionda enerji böhranı yarandı.
2. istehsal sahələrinin fəaliyyəti dayandırıldı.
  1. İşsizlik yarandı.
  2. Radioaktiv şüalanma xəstəliklərin
    yaranmasına səbəb oldu.
1. Radioaktiv şüalanma nəticəsində bitki və heyvanlar aləmi məhv oldu.
2. Əhali ekoloji miqrasiyaya məruz qaldı.
Çernobıl AES-də
qəza