4.1
DAYANIQLI İNKİŞAF
Əhalinin sayı artdıqca təbii ehtiyatlara olan tələbat da artır. Lakin təbii
ehtiyatlar tükənməz deyil və yaxın vaxtlarda onların bəzilərinin tamamilə
qurtarmaq ehtimalı vardır, insanlar yaşadıqları dövrdə təbii ehtiyatların
tükənə biləcəyini dərk etmirlər və yalnız o tükəndikdən sonra böyük
problemlərlə qarşılaşırlar.
Pasxa adası Sakit okeanın cənub-şərqində
yerləşir. Ada hündürlüyü 5-12 m-ə çatan
nəhəng qaya abidələri ilə dünyada
məşhurdur.
Bu abidələr 1995-ci ildə YUNESKO-nun
"Ümumdünya mədəni irs siyahısı"na
daxil edilmişdir.
• TƏDQİQAT İŞİ •
Mətnə əsasən cədvəli tamamlayın.
Qədim dövrlərdə Pasxa adası meşə ilə örtülü olmuşdur.
Ada sakinləri bu meşələrdən istifadə edərək özlərinin
qidaya olan tələbatlarını ödəyir, eyni zamanda banan,
şirin kartof, şəkər qamışı və s. becərirdilər. Onlar quş
ovlayır, sahil sularından balıq tuturdular. Ada əhalisi bu
nemətlərə görə öz Allahlarına sükür edir və onların
şərəfinə nəhəng heykəllər ucaldırdılar.
Əhalinin sayı artdıqca heykəllərin də sayı çoxalırdı.
Adada olan tayfalar heykəllərin nəhəngliyinə və sayına
görə rəqabət aparırdılar. Onlar heykəllərin daşınmasında
oduncaqdan istifadə etdiklərinə görə meşələri
qırırdılar. Bu isə bulaqların qurumasına, quşların başqa
yerlərə köç etməsinə, torpaqların münbitliyinin azalmasına
səbəb olurdu. Digər tərəfdən vəziyyətin getdikcə
ağırlaşması, aclıq, tayfalararası davalar ada əhalisinin
kəskin azalmasına səbəb olmuşdu.
Problemlər |
siyasi |
iqtisadi və
sosial |
ekoloji |
|
|
|
Müzakirə edin və nəticə çıxarın:
- Pasxa adasında sivilizasiyanın məhvinə nə səbəb
olmuşdur?
Dünya əhalisinin getdikcə artan tələbatı təbii ehtiyatların tükənməsi, iqtisadi böhranlar,
ekoloji gərginliklər, siyasi və sosial problemlərlə nəticələnə bilər. Bunlann baş
verməməsi üçün hər bir ölkə öz inkişaf strategiyasını müəyyənləşdirməli və ehtiyatların
gələcək nəsillər üçün saxlanılması yollarını araşdırmalıdır. Mütəxəssislər yaranmış
vəziyyətdən çıxış yolunu dayanıqlı inkişafın təmin edilməsində görürlər.
Dayanıqlı inkişaf modeli tarazlaşdırılmış, dayanıqlı və dinamik bir inkişaf modelidir.
Bu model gələcək nəsillərin tələbatlarını tam ödəməyi təhlükə altında
qoymayan inkişaf kimi qiymətləndirilir.
1992-ci ildə BMT-nin təşəbbüsü ilə Braziliyanın Rio-de-Janeyro şəhərində 172
dövlət başçısının iştirakı ilə keçirilmiş beynəlxalq konfransda “Dayanıqlı inkişaf’
konsepsiyası qəbul edilmişdir.