Əhalinin milli tərkibi - Azərbaycan Respublikasında siyahıyaalınma zamanı Naxçıvan, Mərkəzi Aran, Şirvan-Salyan, Mil-Muğan, Dağlıq Şirvan, Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında əhalinin milli tərkibini yekcins, Bakı, Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz iqtisadi rayonlarında isə daha rəngarəngdir. Şəki-Zaqatalada məskunlaşan avarlar, ləzgilər, saxurlar, ingiloylar, udinlər Qafqaz dil ailəsinə mənsubdur.
Lənkəran-Astara iqtisadi rayonununda yaşayan talışx xalqı Hind-Avropa dil ailəsinin İran qrupuna daxildir. Talışların sayı Lerik, Astara, Masallı və Lənkəran inzibati rayonlarında daha çoxdur.
Quba-Xaçmaz iqtisadi rayonunda yaşayan ləzgilər, tatlar, qrızlar, budıklar, yəhudilər, xınalıqlılar regionun əhalisi hesab edilir. Şərqi Zəngəzur rayonunda yerli kürdlər və çar Rusiyasının siyasəti ilə bu ərazilərə köçürülmüş ermənilər də yaşayır.
Bakı iqtisadi rayonunun əhalisinin milli tərkibinin müxtəlifliyinin səbəbi XIX əsrin sonu - XX əsrin əvvəlində neft sənayesinin inkişafı ilə əlaqədardır. Müxtəlif regionlardan işçi qüvvəsinin Bakıya axını fərqli xalqların birgə yaşayışı ilə nəticələnmişdir. Hazırda, burada, əhalinin milli tərkibində bir neçə nəsil məskunlaşmış ruslar, ukraynalılar, tatarlar və digərləri vardır.
Əhalinin cins tərkibi - Azərbaycan Respublikası əhalisinin 2022-ci ildə cins tərkibinin 5136,6 min nəfərini kişilər, 5239,2 min nəfərini qadınlar təşkil edir.
Statistikaya əsasən, ölkədə hər 1000 kişiyə 1006 qadın düşür. Lənkəran-Astara, Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarında əhalinin cins tərkibində qadınlar üstünlük təşkil edir.
Ölkədə son illərdə doğulanlar arasında oğlan uşaqlarının daha üstün olması nəticəsində kişi və qadınlar arasında fərqin azalması müşahidə olunur.
Əhalinin yaş tərkibi - Azərbaycan əhalisinin yaş tərkibində gənclər və yetkinlər mütləq üstünlüyə malikdir. 2022-ci ilin statistikasına əsasən ölkə əhalisinin 23,2%- ni 15 yaşınadək, 70,4%-ni 15-64 yaşadək, qalan 6,4%-ni isə 65 yaşdan yuxan əhali təşkil edir.