“Referat” latın sözü olub məruzə etmək, məlumat vermək
mənalarına uyğun
gəlir.
Referat, əsasən, aşağıdakı mənalarda işlədilir:
1)
elmi əsərin, oxunmuş kitabın və s. şifahi və ya yazılı
qısa məzmunu,
xülasəsi mənasında;
2)
ədibin yaradıcılığına və ya başqa məxəzlərin icmalına həsr
olunmuş yığ-
cam məruzə mənasında.
Referatın yazılışında elmi üslubdan istifadə olunur.
Referat işi daha çox elmi səciyyə daşıyır. Buna görə də onu
yazarkən işlətdiyi-
niz anlayış, termin və əlaqələndirici ifadələr elmi mahiyyət
daşımalıdır.
Referatın özünəməxsus dil və yazılış tələbləri vardır.
Bunlar aşağıdakılardır:
Referatın yazılış dili aşağıdakı yanaşmaları əhatə edir:
dəqiqlik
qısalıq
aydınlıq
sadəlik
Referatın strukturuna verilən tələblər aşağıdakılardır:
Titul vərəqi
Mündəricat
Giriş
Fəsillər
Paraqraflar, yarımbaşlıqlar və bəndlər
Nəticələr
Əlavələr
Biblioqrafiya
Biblioqrafiyada istifadə olunan ədəbiyyatın siyahısı verilir.