Referat hazırlığı bir neçə mərhələdən ibarətdir.
Aktual mövzu seçin.
Mövzu ilə bağlı problemin həllinə yönəlmiş suallar hazırlayın.
Mövzu ilə bağlı lazımi materiallar toplayın.
Toplanılan məlumatların mənbələrini qeyd edin.
Materiallar içərisindən ən uyğun olanını seçin.
Mövzuya uyğun olaraq şəkil, xəritə, sitat və s. toplayın.
Seçilmiş materialların suallarınıza uyğunluğunu yoxlayın.
Seçilən məlumatları düzgün əlaqələndirin.
Girişi düzgün tərtib edin:
Müzakirə obyekti olan əsas problemi açıqlayın.
Fikirlərinizi faktlarla sübuta yetirin.
Əsas hissədə problemin mahiyyətini açmağa çalışın.
Nəticə hissədə problemin həllini verin, ən əsas məsələləri
ümumiləşdirin,
problemə öz münasibətinizi bildirin.
Referatın görüntülü təqdimatına hazırlaşın.
Görüntü üçün fonu, rəngi, dizaynı düzgün seçin.
Mövzuya uyğun şəkil seçin.
Görüntü üçün elə giriş verin ki, dinləyiciləri maraqlandıra
biləsiniz.
Referatın təqdimatı.
Referatın və ya mətnin təqdim olunması çox vacib bacarıqdır.
Təqdimat zamanı aşağıdakılara əməl etməlisiniz:
Aydın və ucadan danışın.
Dinləyicilərin diqqətini cəlb etmək üçün uğurlu giriş edin.
Vacib olan məqamları diqqətə çatdırın.
Təqdimat zamanı səslənmə, danışıq tempi, fasilə, səsin yüksək-
liyinə, jest və mimikalara diqqət yetirin.
Təqdimat haqqında rəylərin soruşulması.
Təklif və iradların dinlənilməsi.