3.
Mətnin üslubunu müəyyənləşdirin. Seçiminizi əsaslandırın.
4.
Mətnin dili üçün aşağıdakı xüsusiyyətlərdən hansı səciyyəvidir?
- aydın - şifrəli
- sadəlik - mürəkkəblik
- konkretlilik - faktikilik
5.
Mətnin tipi:
A) nəqlidir.
B) təsviridir.
C) həm nəqlidir, həm təsviridir.
6.
Qazan xanın yuxusunu kim yozur?
A) Qaragünə
D) Şir Şəmsəddin
B) Alp Aruz
E) Dədə Qorqud
C) Bamsı Beyrək
7.
Mətndə hansı cümlə Qaragünənin Salur Qazanın qardaşı olduğunu
təsdiq edir? Dastanda Salur Qazan necə təqdim olunur?
8.
Fikirlərdən hansı düzgündür?
A) Qazan xan yurdunun talan olduğunu ovda olarkən bilir.
B) Oğuz igidlərinin birliyi onların qələbəsini təmin
edir.
C) Qaraca Çoban Qazan xanın yuxusunu yozur.
D) Qazan xan yurdunu üç yüz igidə tapşırır.
E) Aruz kafirin bayrağını qılınclayır.
9.
Mətndən xalqımızın tarixi ilə bağlı hansı faktları toplaya
bildiniz?
10.
Oğuz igidləri mətndə necə və nə üçün məhz belə təsvir olunur?
Həmin təsvirlərə əsasən onların qəhrəmanlığı barədə danışın
11.
Vətən sizin üçün nədir? sualına necə cavab verərdiniz?
12.
Mətnin məzmununu 2-3 cümlə ilə yığcam şəkildə ifadə edin.
13.
90-cı illərin hadisələri barədə məlumat toplayın. Həmin hadisələri
mətndə təsvir olunan hadisələrlə müqayisə edin.
14.
Sizcə, Oğuz igidlərini birləşdirən Salur Qazanın ailəsini, yoxsa
Oğuz elinin talan olunmuş sərvətini xilas etmək istəyi idi?
15.
Mətnə əsasən Xalqımızın gücü onun birliyindədir fikrini
sübuta yetirin
16.
Birlik dedikdə nə başa düşürsünüz? Mətnin hansı cümlələri Oğuz
igidlərinin birliyini sübuta yetirir?
Şövkət Məmmədovanın uğurunu təmin edən onun ətrafındakı
mütərəqqi insanların olması idi
faktı bu fikri təsdiqləyə bilərmi?
17.
“Dədə Qorqud” filmindən mətnin məzmununu əks etdirən hissəyə
baxın. Filmlə mətnin məzmununu müqayisə edin.