Sayılmaqla oğuz bəyləri tükənməz. Hamı yetişdi. Sakitcə kafirin üstünə at saldılar, qılınc çaldılar. Gumbur-gumbur nağaralar döyüldü. Burması qızıl tunc borular çalındı. O gün cəsur ər igidlər bəlli oldu. O gün namərdlər gizlənməyə yer axtardı.
Qazan bəyin qardaşı kafirin bayrağını qılınclayıb yerə saldı.