Görək, xanım, necə xəbərləşdi. Qazan deyir:
...Qaraca Çoban yurdunun kafirlər tərəfindən talan olunduğunu ona deyir.
Qaraca Çobandan yurdunun talan olduğunu eşidən Qazan xan qəhərləndi.
...Ardınca Qalın Oğuz bəyləri gəlib yetişdi. Görək kimlər gəldi:
Acığı tutanda qara daşı kül eyləyən, bığını boynu dalında yeddi dəfə düyünləyən, igidlər igidi, Qazan bəyin qardaşı Qaragünə çaparaq yetişdi: “Çal qılıncını, qardaşım Qazan, yetdim!” - dedi.
Bunun ardınca, görək, kimlər yetişdi:
Dəmir qapı Dərbənddəki dəmir qapını (hücumla, hucumla) alan, altmış tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən Qıyan Səlcik oğlu Dəli Dondaz çaparaq yetişdi: “Çal qılıncını, ağam Qazan, yetdim!” - dedi.
Bunun ardınca, xanım, görək, kimlər yetişdi:
Amidlə Mərdin qalasını vurub-yıxan, Dəmir yaylı Qıpçaq Məlikə qan qusduran, Oğuzun ağ saqqallı qocaları görəndə o igidə “əhsən” deyən, al məxmər şalvarlı, atı mavi qotazlı Qaragünə oğlu Qarabudaq çaparaq yetişdi: “Çal qılıncını, ağam Qazan, yetdim!” - dedi.
İcazəsiz Bayındır xanın düşmənini basan, (altmış, altımış) min kafirə qan qusduran, ağ-boz atının yalı üzərində qar yığılan Qəflət qoca oğlu Şir Şəmsəddin çaparaq yetişdi: “Çal qılıncını, ağam Qazan, çatdım!” - dedi.
Bunun ardınca, görək, xanım, kimlər yetişdi:
Parasarın Bayburd hasarından sıçrayıb aşan Qalın Oğuzun müjdəçisi, Qazan bəyin silahdaşı, Boz ayğırlı Beyrək çaparaq yetişdi: “Çal qılıncını, ağam Qazan, çatdım!” - dedi.
Bunun ardınca, görək, xanım, kimlər yetişdi:
Altmış təkə dərisindən olan kürkü topuqlarını örtməyən, altı erkək dərisindən papağı qulağını örtməyən Qazan bəyin dayısı At ağızlı Aruz Qoca çaparaq yetişdi: “Çal qılıncını, bəyim Qazan, çatdım!” - dedi.